SON DƏQİQƏ
» » Şahan Gökbakar: “Azərbaycanı filmimə əlavə etməklə qardaşlıq mesajı verdim”

Şahan Gökbakar: “Azərbaycanı filmimə əlavə etməklə qardaşlıq mesajı verdim”

Tarix:

18-01-2017, 14:06

/ 7 211 dəfə oxundu.
Şahan Gökbakar: “Azərbaycanı filmimə əlavə etməklə qardaşlıq mesajı verdim”

"Receb İvedik-5” filmində boks kadrları ətrafında yaranmış qalmaqal səngimək bilmir.
Azərbaycanılar etiraz əlaməti olaraq filmdə baş rolu oynayan Şahan Gökbakarın "İnstagram" səhifəsinə çoxsaylı tənqidlər yazıb.
Ş.Gökbakar da öz növbəsində azərbaycanlıların "İnstagram"da onu tənqid etməsinə cavab verib.
Aktyor bildirib ki, boks səhnələrinə görə, bu qədər tənqidə məruz qalmağa layiq deyil: "Mən filmimdə 8 ölkənin təmsilçisi ilə mübarizə aparıram: Rusiya, Çin, Yunanıstan, Ukrayna və Azərbaycan. Azərbaycanı da filmimə əlavə etməklə qardaşlıq mesajı verdim. Amma haqqım olmadığı halda tənqid, böhtan, aşağılanmaya məruz qaldım. Mən də insanam, mənim də bir ailəm var. Bu film Avropa ölkələrinin bir çoxunda rekord sayda izlənir. "Ölkəmizlə qardaşlıq mesajı verdin" deməkdənsə, "Niyə vurdun?" deyirlər. Boksda vurmaq yoxdur? Düzünü deyim ki, çox incidim”.
Gunaz.az
скачать dle 12.1

Şərhlər