SON DƏQİQƏ

Günün qoroskopu: Ünsiyyətdə səmimi olun

Tarix:

17-01-2017, 01:04

/ 3 329 dəfə oxundu.
Günün qoroskopu: Ünsiyyətdə səmimi olun

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - imkan olarsa, bu gün taym-aut götürün və həddən ziyadə məsuliyyət, konkret ağır zəhmət tələb etməyən işlərlə məşğul olun. İşlərin gedişatında mühüm dönüş və ya münasibətlərdə yeniliyə səbəb ola biləcək spontan vəziyyət yarana bilər.
Buğa - sözün əsl mənasında sayıq və hazırlıqlı olun. Hansısa işi və ya münasibəti ağırlaşdırmayın, vəziyyətə düzgün reaksiya verərək problemləri hərəkətdə həll edin. Baş verənləri izləyin, nəticə çıxarın.
Əkizlər - başınızın üstündə buludlar sıxlaşır. Şəxsi münasibətlər, iş, yaradıcılıq və oyunlar güclü təəssüratlarla yanaşı, xoşagəlməz hisslər də bəxş edə bilər.
Xərçəng - doğru yolu seçin, mühüm mövzunun ətrafındakı auradan gələn siqnal və işarələri anlamağa çalışın. Heç bir halda ifrata varmayın, inadkarlıq etməyin, gərginlik yaratmayın.
Şir - informasiya, yeni məlumatlar, standart olmayan qərarlar tələb edən işlə məşğul olun. Səfərə çıxmayın - gözlənilməz hadisə ilə qarşılaşa bilərsiniz.
Qız - ünsiyyətdə səmimi olun. Sizi çoxdan narahat edən məsələnin üstü açıla bilər. Hadisələr də, təbii ki, sürətlənəcək.
Tərəzi - güc və qüvvəniz artsa da, izafi emosional olsanız, işinizin effektivliyi azalacaq. Çətin qərar verməli, müxtəlif sahələrdəki maraqları birləşdirməli, başlanmış layihəyə final ştrixi vurmalı olacaqsınız.
Əqrəb - işlərin aparılması ilə bağlı köhnə, ənənəvi üsullar artıq işlək deyil. Çox incə yeniliklər yolu keçməli olacaqsınız. Düzgün düzənə əl atın, qarşınıza konkret hədəf və məqsəd qoyun, qüvvənizi bölüşdürün.
Oxatan - Sizə yaxın olan, maraq və istəklərinizi bölüşən insanlarla təmasda olun. Gözəl, rahat nə isə alın. Alış-verişdə simiclik etməyin.
Oğlaq - bu gün qətiyyətli, sərt və hətta aqressiv olun. Kiminlə nə iş görməyi müəyyənləşdirin. Perspektivləri müşahidə edin, yolunuzda peyda olan adamlara diqqətlə baxın.
Dolça - yaxın ətrafınızdakı insanlardan fərqli olaraq, soyuqqanlı və təmkinli davranmağa can atın. Yollamağa hazırlaşdığınız informasiyanı bir daha yoxlayın və kompüterin yaddaşında saxlayın.
Balıqlar - məqsədləriniz ətrafdakı insanların istəkləri ilə üst-üstə düşmürsə, onların gözləntilərinə qarşı çıxırsınızsa, münaqişə və dartışmalar qaçılmazdır. Sayıq olun, tələsik qərarlar verməyin, rəqibin sizi üstələməsinə şərait yaratmayın.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ