SON DƏQİQƏ
» » Tərtərdə 2 yaşlı uşağı qohumu vurub öldürdü – Açıqlama

Tərtərdə 2 yaşlı uşağı qohumu vurub öldürdü – Açıqlama

Tarix:

3-07-2020, 12:23

/ 5 609 dəfə oxundu.
Tərtərdə 2 yaşlı uşağı qohumu vurub öldürdü – Açıqlama

Tərtər rayonu Hacıqərvənd kəndində qətlə yetirilən 2 yaşlı uşağın atası ilə qatil Elmir Hüseynov yaxın qohumdurlar.

Bunu GunAz.az-a Hacıqərvənd bələdiyyəsinin sədri Kəmaləddin Heydərov deyib. O bildirib ki, 2 yaşlı Ömər Ağazadənin hansı səbəbdən öldürülməsi məlum deyil:

"Hazırda qətlə yetirilən uşağın ailəsinin yaşadığı evdəyəm. Ailələr arasında hansısa ədavət olmayıb, onlar yaxın qohumdurlar. Hətta hadisə baş verməmişdən təxminən 1 saat əvvəl uşağın atası ilə qatil bir yerdə olublar. Uşaq yaşadığı evdə qətlə yetirilib, başına kərki ilə vurulub. Uşağı öldürən şəxs barədə pis nəsə eşitməmişdik. İndi bu iş niyə baş verib, biz də bilmirik”.

Qeyd edək ki, ötən gün Tərtərin Hacıqərvənd kəndində 2018-ci il təvəllüdlü Ömər Ağazadə öldürülüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Elmir Hüseynov saxlanılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ