SON DƏQİQƏ
» » Azərbaycanda DƏHŞƏT: Ata oğlunu və ailəsini güllələdi

Azərbaycanda DƏHŞƏT: Ata oğlunu və ailəsini güllələdi

Tarix:

10-04-2020, 12:14

/ 2 212 dəfə oxundu.
Azərbaycanda DƏHŞƏT: Ata oğlunu və ailəsini güllələdi

Balakən rayonunda oğluna və ailəsinə odlu silahdan atəş açaraq öldürməyə cəhddə təqsirli bilinən Məhəmməd Bağmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Balakən rayonunun Yeni Şərif kəndində baş verib.
Kənd sakini 61 yaşlı Bağmanov Məhəmməd Əhməd oğlu, ailə münaqişəsi zəminində oğlu, Bağmanov Əhməd Məhəmməd oğlundan qisas almaq məqsədi ilə yaşadığı evdən ov tüfəngini götürüb, içərisinə 1 ədəd qırmalı patron yerləşdirərək bir dəfə atəş açıb.
Nəticədə Əhməd Bağmanov sağ üz nahiyyəsindən güllə yarası alıb. Bundan başqa, hadisə zamanı Əhməd Bağmanovla birgə evdə, masa ətrafında əyləşən bacısı, 1980-ci il təvəllüdlü Anarəcəbova Məryəm Məhəmməd qızı, anası 1968-ci il təvəllüdlü Bicilova Havva Abbas qızı və qızı 2018-ci il təvəllüdlü Bağmanova Xədicət Əhməd qızı yaralanıb.
Qeyd edək ki, hadisə yerinə baxış keçirilib və faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü , xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.
скачать dle 12.1

Şərhlər