SON DƏQİQƏ
» » Qardaşlar arasında mübahisə ölümlə nəticələndi

Qardaşlar arasında mübahisə ölümlə nəticələndi

Tarix:

27-03-2020, 08:11

/ 3 731 dəfə oxundu.
Qardaşlar arasında mübahisə ölümlə nəticələndi

Türkiyənin İzmir şəhərində yaşayan 41 yaşlı Hakan T. 44 yaşlı qardaşı Erkan T. ilə mübahisə edib.
"Haber Global” xəbər verir ki, bir müddət sonra mübahisə davaya çevrilib.
Münaqişə zamanı Hakan T. tapança ilə qardaşının sinəsindən atəş açıb.
Atəş səsini eşidən qonşular polis və təcili tibb xidmətinə xəbər verib.
 
 

Hadisə yerinə gələn həkimlər qanlar içində yerdə uzanan kişiyə ilk yardım göstərdikdən sonra onu xəstəxanaya yerləşdiriblər.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq kişinin həyatını xilas etmək mümkün olmayıb.

скачать dle 12.1

Şərhlər