SON DƏQİQƏ

Xəzərdə bir nəfər boğuldu

Tarix:

7-09-2019, 13:46

/ 2 031 dəfə oxundu.
Xəzərdə bir nəfər boğuldu

Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ