SON DƏQİQƏ

Şprisdə heroin satarkən ələ keçdi

Tarix:

5-03-2019, 13:39

/ 10 442 dəfə oxundu.
Şprisdə heroin satarkən ələ keçdi

Bərdə rayonunda narkotik satışı ilə məşğul olan şəbəkə saxlanılıb. 

 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan GunAz.az-a  verilən məlumata görə, Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Həsən Hüseynov tanışına heroin satarkən saxlanılıb. Ondan 2 qramlıq şprisdə heroin məhlulu aşkar edilərək götürülüb. H. Hüseynovun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Belə ki, rayon sakini Taleh Qaraşov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 0.29 qram heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ