SON DƏQİQƏ
» » Bakıxanov qəsəbəsində mübahisə güllələnmə ilə nəticələndi

Bakıxanov qəsəbəsində mübahisə güllələnmə ilə nəticələndi

Tarix:

20-07-2017, 06:57

/ 4 555 dəfə oxundu.
Bakıxanov qəsəbəsində mübahisə güllələnmə ilə nəticələndi

Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi qeydə alınıb.

GUNAZ.az xəbər verir ki, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan atəş açıblar. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb və 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.
Baş vermiş hadisə ilə əlaqədar əraziyə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb. Saxlanılan yoxdur.
Təcili Tibbi Yardım maşını gec gəldiyi üçün yaralını Post Patrul Xidmətinin əməkdaşları xəstəxanaya çatdırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ