Bayraqla “zarafat” etmək olmaz

Cavid İsmayıl

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycan bayrağı tərsinə qoyulması və bayrağı düzəltmədiyinə görə Milli Məclisin üzvü Əflatun Amaşov haqqında sosial şəbəkələrdə ildırım sürəti ilə yayıldı. Əsaslı əsasız, araşdırmadan kim nə gəldi başladı yazmağa.

Lap elə birinci Qarabağ savaşı zamanı ildırım sürəti ilə yayılan təxribat xarakterli şaiyələri xatırladım. O şaiyələr ki, sonunda böyük bir xalqın məğlubiyyətə, torpaqlarımızn itirilməsinə gətirdi çıxartdı.  Və bugünümüzə birdə nəzər saldım. Doğrudur üzərindən 30 ilə yaxın vaxtın keçməsinə baxmayaraq bu gün, bəzilərimiz yenə də bir məsələni aydınlaşdırmadan, onu dəqiqləşdirmədən bir yazı görən kimi ya Allah deyib klaviaturanın üzərinə şığıyaraq qonşudan qalma geri deyərək o ki var başlayır döşəməyə. Dostlar, bir anlıq düşündüm ki, gözlədiyimiz o müqəddəs an, qisas savaşımızın anı çatıb və hərb başlayıb. Düşmən dəxli yoxdu xarici və ya daxili başlayacaq ağlına gələn və məqsədli provakasiya xarakterli bir yazı verməyə, bəzilərimiz də başlayacaq bunu yaymağa? Dəfələrlə çağrışlar edilib, məsələ Vətən, Dövlət olanda soyuqqanlı olub mütləq araşdırmaq lazımdır. Onsuzda klaviatura canlı deyilki, əlinin altından sözə baxmayan uşaq kimi qaça səndən. Biraz gec yazsan, ilk olaraq araşdırsan, dəqiqləşdirsən, yalana alət olmasan pis olar?!

Gələk mətləbə. Qeyd olunan məsələ ilə bağlı ilk olaraq başladım orada iştirak edən dövlətlərdən bəzilərinin KİVlərini nəzərdən keçirməyə. Məsələn Azərbaycan nümayəndə heyyətinin sağında və solunda oturan Albaniya və Moldova Respublikalarının xəbər saytlarını,  eyni zamanda düşmən  Ermənistanın saytlarını. Bu o qədər də çətin məsələ deyil. Orada kı şəkillərə baxdım. Müxtəlif rakuslardan fotolar yerləşdirilib.  Məhz bu şəkillərdən də görünür ki, bayrağımız düzgün asılıb. Və mən əminəm ki, orada Azərbaycana qarşı hər hansı bir hörmətsizlik edilsə idi belə nəinki Əflatun Amaşov eyni zamanda nümayəndə heyyətimizin tərkibində olan digərləri də lazım olan etirazı ən yüksək formada etməklərinə heç də şübhəm yoxdur.

Varlığı üçün, həyatımızı ortaya qoyduğumuz bayrağımıza hörmətsizlik heç kim edə bilməz.

O, ki qaldı sözü gedən fotonu montaj edib şantaj etmə ilə yayana, elə Vətən oğullarının qanı hesabına ucaldılmış bayrağımıza hörmətsizlik edənin ən böyüyü odur. Onlar müəyyən edilib cəzalanmalıdırlar. Belələri anlamalıdırlar ki, Azərbaycan bayrağı ilə “zarafat” etmək olmaz!

 

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]