SON DƏQİQƏ

Hamının Tanıdığı və tanımadığı filosof

Tarix:

2-05-2017, 19:11

/ 4 405 dəfə oxundu.
Hamının Tanıdığı və tanımadığı filosof


 

 

İllər boyu alicənab bir insan, ziyali, şəxsiyyət kimi tanidigim ƏLİKRAM MÜZƏFFƏR haqqinda bu yazini başlarkən istəyirəm bir özəl hissimi bölüşüm oxucularla. Məncə bir bağlılıq tapan olacaq bu hisslərimlə yazı arasinda.
Mən müsəlmanam. Şüuraltı qatlarımdan tutmuş minillər tarixi olan genlərimə qədər, xasiyyətimdən duşüncələrimə kimi xalis Müsəlmanam.
Əqidəmə uygun ziyarət ocaqlarının daimi zəvvarı, inancimiz boyu bütün imam-peygəmbzrlzrin və imamzadələrin aşinasıyam.
Bəşərin sonuncu Peyğəmbərinin ümməti dogulmuş və belədə öləcəyimi anamın adı və tərbiyəsi kimi aydın bilirəm..
Əvvəl Allahı-yaradanımı "narahat etməmək” üçün ona diləklərimi yetirməzdim.Belə fikirləşirdim ki, gör nə qədər bəndə ona yalvarır. Lakin bir gün dərk etdim ki, Tanri elə mşhtəşəm bir güc, mənim və milyonlarin istəkləri o qədər cılız ki, bütün yaradılanlar ömrləri boyu ona əl açsalar belə naümid qayıdanı olmaz. Beləcə mən də Allahıma dogru uzatdım halal, müqəddəs "pak” əllərimi və ruhumun gücü ilə ona yalvardım. ”Peygəmbər xatirinə,İmam Hüseynin tökülən qanı xatirinə” və s. –deyib, dilekləklərimi, irili-xırdalı arzularımı onunla bolüşdüm. "Ya Əli” söyləyib, "Ya xanim Zeynəbim” deyib Allahımı onlara xatir mənə rəhmə, əlaca səslədim. Eləcə də sıralı müqəddəslərimizı Allah xatirinə köməyə çagırdım.
Bundan sonra İlahinin gücünü daha artıq hiss etdim üzərimdə. Elə bu əlaqə indi də davam edir və bu animda da diləyirəm ki, tanrı məni diqqətindən ayırmasin, nəzərləri , qayğısı daim üzərimdə olsun.Amin, min Amin!!!
İndi isə Hacı Əlikram Müzəffər haqqında...
İnaniram ki, Sizlər də onu tanisaniz qeyd-şərtsiz onun kütlədən seçilən insan oldugunu ilk anda olmasa da, çox çəkmədən hiss edəcəksiniz.
Birinci ona görə ki, Əlikram Müzəffər ilin – günün bu vaxtinda tamamilə mənəvi dünyadadır. Onun üçün maddi dünya yox kimi deyil ümumiyyətlə mövcud deyil. Əsaslandirim fikrimi, beləki,bu insan dünyasinda pul haqda fikirləşmir, qazanc üçün çalışmayır, zənginliyi isə qətiyyən planlaşdirmir. Buna görə də ünsiyyətdə olduğu adamlarla söhbətlərinin məzmunu ali həyat arzuları, yüksək bəşəri düşüncələr olur.
O, baxmayaraq ki, ictimai həyatın tam mərkəzindədir. Lakin tamamilə siyasətdən, gündəlik yaşanan geniş çeşidli olaylardan kənarda, uzaqdadır.
Əlikram Müzəffər ən əsas bu qabarıq görünən xüsusiyyətlərinə görə təbii olaraq hami tərəfindən qəbul edilmir. Dünya mal-mülk eşqində-həvəsində, bu adam evinə-ailəsinə dolanış yolu, yeri haqda fikirləşmir. Necə qəbul edilə bilər axi bu adam. Kütlə aldadır, çırpışırdıgından, aldatdığından ləzzət alır, Osa dinlənilməkdən, ən əsas da başa düşülməsindən.
Əlikram Müzəffər ona münasibətlə qurmaır insanlarla münasibətini. Yox, O bəzən bilir, dəqiq bilirəm söhbətinin ona, o qarışıq düşüncəsinə - həyat fəlsəfəsinə münasibətini. Insafən kənardan baxanda belə hiss olunur ki, "küvəc yumurlanıb” qapagını tapmayıb”. Amma onun üzünün cizgiləri sakitdir. İstəyir ki, bu sakitliklə müqabilini öz dqnyasina aparsın. Anlatsin ona ki,San İnsansan, sən adamsan, san müsəlmansan və s.
Gəlin açıq danişaq. Məgər bu asan məsələdir? Məgər kimsə düşünür ki, İnsan deyil. Yaxud kiməsə qandırmaq olar ki, sən Adam deyilsən, hətta lap çoxdan aglın kəsəndən Adama yaraşmayan hərəkətlər edirsən?! Müşkil məsələdir. Həqiqi çox çətin vəzifədir.
Bunu missiyaya çevirmək də ciddi işdir, hünər tələb edir. Hər adam hövsələ edə bilməz bu missiyani həyata keçirməyə.
Amma Əlikram Müzəffərin səbri çatır buna. Dənizə ülvi məhəbbət daşıyan lakin üzməyi heç bacarmayan bir romantik kimi dalğaların qoynuna atılır. Daim kütlə içərisində olan bu adamı əsəbləşdirsələr də, bəzən lağa qoysalar da, küsmür Allahin yaratdığı bəndələrdən. Sevir onları, 1 faiz, bir damla da olsa onlara Yaradanlarının yolunun qanunlarini öyrətməkdən rahatlıq tapır.
Ona sual vermişəm, "Hacı nəyinə gərək bu mouzələr?”. Cavab verib,həm də dərindən dərin cavablar: "Bir vaxtlar bir mömin məscid tikib adamları ora cəlb edir. Bir gün ona irad tuturlar ki,bu nədir, məscidə də ayaqqabı ilə gələrlər? O övliya deyir ki, mən bura gələndə bu adamlar nə Allah nə Allah evi taniyirdilar. İçirdilər, günlərini eyş-işrətlə keçirirdilər.Heç olmasa indi məscidi taniıb gəlirlər. Bu da böyük işdir”. Mən də Adamlara özləri haqda düşünməyi , özlərini tanımalarını təlqin edirəm. Haradan gəlib hara gedirlər, bunu anlatmağa çalışıram. Özünü tanıyan adam Yaradanını da tanıyacaq və bütün yaradılmışlara hörmət, məhəbbət göstərəcək.
Əlikram Müzəffər hamı tərəfindən qəbul edilmıdiyini də təbii qarşılayır: "Əstəğfurullah, mən kiməm ki, gör necə böyük peygəmbərlərimiz daş-qalaq ediliblər...”
HAŞİYƏ: Mən bilmirəm, Əlikram Müzəffər Atatürə məxsus oldugunu dediyi aşagıdakı şeri haradan tapıb əzbərləyib. Amma onun bu misraları yana-yana həm də bəlağətlə söyləməsinə heyran oluram:
Böyük olmaq üçün, heç kimsəyə iltifat etməyəcəksən.
Heç kimsəni aldatmayacaqsan.
Məmlkət üçün həqiqi məfkurə nə isə onu görəcək,
hədəfə yürüyəcəksən.
Hər kəs sənin əleyhinə bulunacaqdır.
Hər kəs səni yolundan çevirməyə çalışacaqdır.
Fəqət sən buna mütəhəmmir olacaqsan.
Önünə nehayetsiz maneələr yıgacaqlar
Kəndini böyük deyil,kiçikzəif, vasitəsiz
Heç tələqqi edərək...
Kimsədən yardım gəlməyəcəyinə qane olaraq
Bu maneələri aşacaqsan.
Bundan sonra da sənə Böyüksən derlərsə,
BUNU SÖYLƏYƏNLƏRƏ GÜLƏCƏKSƏN!..
Əlikram Müzəffər bilmirəm bizim əsrin filosofudur deyim ya bizim əsrə gəlib düşmüş Övliya.
Özinə qalsa deyir heç kiməməm. Filosofluqla baglı. 12 il Milli Elmlər Akademiyasinin "Fəlsəfə” institutunda çalışmışam. Ona görə də tam vicdanla və məsuliyyət hissi ilə deyirəm ki, savadları böyük əksəriyyətlə "sıfra” bərabər, ixtisasları da tamamilə fəlsəfi olmayan filosoflar çoxluğunu bizim bu Əlikram müəllim həqiqi və zəngin bilik dairəsi ilə çox yox 10 dəqiqənin içində "heç” edər. Əlbəttə daş-qalaq da olar. Mümkündür bir dəstənin üzərinə əsl Səlib yürüşü edib, "əlləri-ünləri” çatan böyük-böyük adamların gücü ilə onu "yerində oturtsun”. Bu səbəbdən əlbəttə deyil, ümumiyyətlə Əlikram Müzəffər mühazirəçi kimi fikirini çatdirmağı üstün tutur.”Heç nə istəmirəm. Mənim, yəni mənə məxsus, illər boyu işlədiyim fəlsəfəni dərk etsinlər, bəsimdir...”. Bu onun – yenə deyirəm milli filosoflarımızın 70 faizini düşüncə, bilik baxımından "kisəyə yığıb” aparmaga gücü çatacaq Əlikram müzəffərin fikridir. Bilmirəm bezərəkmi, ya övliyalara bənzər xilqətindən irəli gələn düşüncəsi.
O öz "İnsan”Fəlsəfəsini bacardıqca geniş dairələrdə yaymağa can atır. Dünyanın bir çox ölkələrini dolaşmış, saysız-hesabsiz, yüzlərlə ziyalı, mötəbər iəxslə tanış olub, sonradan dostluq etmiş Ə.Müzəffər əlbəttə ki, türkiyəni öz orbiti hesab edir. Onun bu ölkədə 224 dəfə olması, hətta ilin demək olar ki, yarısından çoxunu Anadoluda keçirməsi buna əyani misadır.
Ə.Müzəffər İstiklal Marşının 3-cü Bəndini özinə bənzədir və şövqlə dediyi misralarla həmsöhbətini cəlb edir:
Mən əzəldən bəri,hür yaşadım, hür yaşarım.
Hanki,çılğın bana zencir vuracakmiş, şaşarım!
Kükrəmiş sel kibiyem,bendini çeynir, aşarım.
Yırtarım dağları,ənginliklərə sığmam, daşarım.
Belə daxili qüvvə arzulu Əlikram "İdeal Sülhün təbliğı” İctimai Birliyinin prezidentidir.
Düzü mən Torpaqları işğal altinda olan bir vətəndaşın İdeal Sülh tərəfdarı olmasini (nəinki onu təbliğ etmək !) qəlbən qəbul etmir və dəstəkləmirəm. Mənim üçün Sülh gözəldir, TORPAQLAR MÜQƏDDƏS! Hansindan keçmək olar, Əlbəttə ki, özəldən!!!
O isə məsələyə başqa cür yanaşır. Onun düşüncəsinə qədər qeyd edim ki, vaxtilə terrorçuluqla da olsa Qarabağ torpaqlarımızı xilas etməyə faktiki qalxıb bu eloglumuz. Lakin 57 yaşinda olan, aəla-başa dolan, illərin ağırlığını çəkə-çəkə dəlisov addımlarından çəkinən, iötiyarlaşa-ixtiyarlaşa kamilləşən bu Adamimiz Müharibənin hər an başlanmasinin mümkünlüyü anlamıyla Sülh, Sülh, yalnız Sülhlə Qalibiyyət hayqırır. Dinindən asılı olmayaraq da bütün insanlığı bütün problemləri Sülh vasitəsilə həllə çağırır.
"İdeal Sülhün təbliği” beynəlxalq fondunun adınıl O təsadüfi düşünməyib. Fon əslində Böyük Atatürkün mənəvi qizi Ülki xanımın adını daşıyır. Bəli, O, Ülki xanımın ki.böyük milli lider heydər Əliyevin 2003-cü il Reespublika Prezident Seçkilərində sanki, Atatürk dayağı mənasinda Bakiya gəlmişdir.Daim ürəyində Azərbaycan məhəbbəti yaşadir.
Əlikram Müzəffər. Öz fəlsəfi düşüncələrini sadəcə nəql etməklə yaymır. Onun "Sən yaradılmışların ən üstünüsən” kitabinin motivləri əsasında ssenaristi, rejissoru olduğu 3 hissədən ibarət "İnsan” filmi bu düşüncələrin sənədli həm də dolğun fikri ifadəsidir.
Bu film öz-özlüyündə sübut edir ki,artıq oun həmfikirləri tapılıb. Onu dinləyənlərlə bərabər qəbul edənlər sırası yaranıb. Uğurlu addımdır. Çünki, bu zamanədə pulsuz-parasiz film çəkəsən?. Bu göstərir ki, O, artıq tək deyil. Tək olan illəri üçün isə belə bir xatirəsi var: "Qarış deyir ki, haca gedirəm. Ona deyirlər ki, sən Həcə gedib çıxa bilərsən? Ölərsən yolda.Deyir heç olmasa o yolda ölərəm! ki...”
Ömrünü səfərlərdə keçirən, sanki bir dərviş,övliya həyatı yaşayan Əlikram Müzəffər yenə yol üstədir... Yaxın günlərdə Türkiyəyə uzunmüddətli səfərə gedir. Niyə?
Bu dəfəki, səfərinin konkret məqsədi neçə illər üzərində çalışdığı "gəmi səyahətini” reallaşdırmaqdır. Belə ki, O, sentyabr ayında prezidenti olduğu İdeal Sülhün Təbliği fondunun xətti ilə "Mzhəbbət mülkünün sultanları” layihəsi gəmi ilə bu deviz altında dünya səyahəti planlaşdırır.
Əlbəttə sadə, adi layihə deyil. Bu layihənin həyata keçirilməsi külli miqdarda pul vəsaiti tələb edir.Bəs sponsor məsələsi?
Ə.Müzəffər daima olduğu kimi yenə Ümidlədir. Kimlərsə vədlər verir, kimlərsə maddi olmasa da mənəvi dəstək verir ona. Amma bu da həqiqətdir ki, ona ümid verənlər hgeç də ötəri kəslər deyillər. Əlikramın soragı gah TC baş bakani ilə görüşdən gəlir, gah eşidirik ki, ən nüfuzlu bir Türk millət vəkili onu qəbul edib və "fəlsəfəsi” ilə tanış olduqdan sonra onunla dostluq qərarını verib. Qeyd edim ki,TC-nin Ermənistana qapılarının açılması məsələsi ortaya çıxarkən doğma-dədə vətəndə olan bizim Əlikram müəllim, bu sadə-adi Azərbaycan vətəndaşı Abdulla Gülə yaxınlaşıb sanki bir cocuq təkin "Əsla!” söyləyib. Diqqət edək, ani göriş tarixi imkanında özinə, Fonduna maddi bir şey istəməyib, Qurur və təəssüb hissi ilə və lokonik olaraq öz böyük vətəndaşlıq, millətçi əqidəsini ifadə edib!
Sirr deyil, O, ara-sira "özümüzünkilərlə də görüşür dünyanin müxtəlif nöqtələrində. Onlar da orda onu dəstəkləyirlər...”.
Beləcə Bizim millətin nümayəndəsi, bütün insanları Sülhə çagırsn, bir-birinin vətəninə, sərhədlərinə, nəhayət mənəviyə çağıran Əlikram Müzəffər 50-50-yə bütün dünyanın tanıyıb dəyərləndirdiyi, filosov kimi qəbul etdiyi bir Şəxsiyyət, dərviş, haradasa övliya, ya da xalis sufi birisidir.
Sona gəlib çatdıqda əvvəldə dediyim fikirləri yada salıram.
Mən müsəlmanam.Şüuraltı qatlarımdan tutmuş minillər tarixi olan genlərimə qədər, xasiyyətimdən duşüncələrimə kimi xalis Müsəlmanam.
Əqidəmə uygun ziyarət ocaqlarının daimi zəvvarı, inancimiz boyu bütün imam-peyğəmbərlərin və imamzadələrin aşinasıyam.
Bəşərin sonuncu Peyğəmbərinin ümməti dogulmuş və belədə öləcəyimi anamın adı və tərbiyəsi kimi aydın bilirəm.
Buna görə də inancım bu konturlar üzərində hərəkət edir.
Əlikram müəllim də təbii müsəlmandir. Onun da peyğəmbəri bəllidir. Amma O məndən və mənim kimilərdən fərqli bir allahla, tək allahladır. Ne deyirəm, Allah özü köməyi olsun!!!
Xatirə Cahan

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ