SON DƏQİQƏ

Motivasiya

Tarix:

6-03-2017, 16:41

/ 8 722 dəfə oxundu.
Motivasiya

Motivasiya bir qayda olaraq insanı hərəkətə gətirən güc və hərəktlərin istiqamətini müəyyənləşdirən, onların düşüncələri, ümidləri, inamlarıdır.
Motivasiya insanın özü ilə barışmasıdır. Motivasiya zamanı biz ehtiyaclarımızı məqsədlərimizi və hədəflərimizi nəzərdən keçirməliyik. Motivasiya bizə nəyisə etməyə təşviq edir.
Hər cəhdin müəyyən hədəfləri olur. Bu hədəflərə insan yalnız səyləriylə çatıla bilər. Motivasiya ola bilmək üçün daha çox pozitiv düşünmək gərəkdir biz heçvaxt neqativ düşüncə ilə daha mükəmməl həyat əldə edə bilmərik.Sahil Əhmədli "motivasiyanın kənardan gələni üçün belə cəhd etməliyik " fikrindədir . Bu isə motivasiyanın insanın özü ilə bağlılğını 1 daha bizə çatdırmış olur.
Tərif kimi desək motivasiya, insanları istənilən hədəflərə çatmaq üçün hərəkətə keçirən prosesdir. Motivasiyanın əsasi, insanlara işdə ən çox nəyi istədiklərini verməkdir
Mən motivasiyani belə dəyərləndirərdim
1.Motivasiya insanin ozundədir : Psixolojik fenomen Berelson və Steiner'e görə "motivasiya enerjini gücləndirən, həyata keçirən və davranışları hədəflərə doğru istiqamətləndirən daxili bir dövlətdir".
2. Bir insanın motivasiyası onunla bütünlük içindədir və insan daima ona ehtiyac duyur. Bir işçi bir fabrikdə çalışır çünki pula ehtiyacı var. Eyni şəkildə, susamış bir adam susuzluğunu aradan qaldırmaq üçün suya ehtiyacı hiss edir. Ehtiyac duyğusu davamlı bir prosesdir və bir ehtiyacın qarşılanması yeni bir ehtiyac yaradır. Bütün ehtiyaclar bir-biriylə əlaqəlidir və bunu da aradan qaldirmaq motivasiya tələb edir. Bir işə başladıqdan sonra, irəliləməyə doğru davam etmək daha asandır.
Unutmayaq ki , güclü insan həmişə qalib gələn deyil güclü insan məğlub olanda təslim olmayandır və bütün insanlar güclüdür sadəcə düşüncə tərzləri fərqlidir.Bizi zəif edən də məhz o düşüncələrdir.
Bir nöqtədə, eyni qalmaqdansa dəyişmək daha çox qazanmaq gözəldir.
Bunuda nəzərinizə çattırım ki ardıcıl şəkildə motivasiya ola bilmək bizim iradə və gücümüzdən aslıdır.Motivasiya hərəkətin nəticəsidir,biz nəqədər cəhd edərsək oqədər yüksərəlik .Eynən Nyutonun 1ci qanundakı kimi.
Vüsalə Səmədli

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ