SON DƏQİQƏ

BDU-ya iki yeni prorektor təyin edildi

Tarix:

5-10-2019, 13:35

/ 1 409 dəfə oxundu.
BDU-ya iki yeni prorektor təyin edildi

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

Universitetdən GunAz.az-a verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.

Ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.

BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ