SON DƏQİQƏ

Layihə ilə tanış oldu, sonra ağac əkdi

Tarix:

23-09-2019, 19:59

/ 1 278 dəfə oxundu.
Layihə ilə tanış oldu, sonra ağac əkdi

Bu gün Siyəzən rayonunda SOCAR-ın Zağlı-Zeyvə yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə yeni kompressor stansiyasının açılışı olub. 

GunAz.az-a verilən məlumata görə açılışda SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edib. Rövnəq Abdullayev açılışda layihə ilə yaxından tanış olub, ağac əkib. 

Yeni layihənin həyata keçirilməsi nəticəsində 1250 abonent qazla təmin olunacaq. Layihənin özəlliyi neft quyularından il boyu yığılacaq təqribən 6,8 mln metr kub səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir.

Qeyd edək ki, səmt qazı həm ekoloji faktor, həm də istehlakçıların artan tələbatının ödənilməsi baxımından böyük əhəmiyyətə malikdir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ