SON DƏQİQƏ
» » Bakı enerji diplomatiyasının əsasını qoydu - Hacıyev

Bakı enerji diplomatiyasının əsasını qoydu - Hacıyev

Tarix:

17-09-2019, 11:15

/ 1 358 dəfə oxundu.
Bakı enerji diplomatiyasının əsasını qoydu - Hacıyev

Əsrin müqaviləsinin imzalanmasından artıq 25 il keçir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükə və təhdidlərin fonunda bu müqavilə imzalandı. Azərbaycan enerji diplomatiyasının əsasını qoydu.

GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçirilən “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminarda deyib.

“Bu müqavilədən sonra yeni bir neft erası başladı və Azərbaycan xalqı neftin mənfəətini gördüı. Buna görə də 25 illik bu dövrə baxdıqda bir daha şahidi oluruq ki, Azərbaycanın həyata keçirdiyi enerji strategiyası ölkəmizin müstəqilliyinin, iqtisadi inkişafının təməli olmaqla yanaşı, beynəlxalq arenada bizə töhfə verən bir hadisə oldu”, – o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ