SON DƏQİQƏ
» » Erməni hiyləsi: Qarabağla bağlı təhlükəli vəziyyət

Erməni hiyləsi: Qarabağla bağlı təhlükəli vəziyyət

Tarix:

9-09-2019, 15:45

/ 1 893 dəfə oxundu.
Erməni hiyləsi: Qarabağla bağlı təhlükəli vəziyyət

Bölgədəki separatçılar bir-biriləri ilə sıx təmasdadırlar. Onlar özləri üçün bəzi vacib qərarları da birgə verməyə çalışırlar. Separatçıların bir-birilərinə dəstək verməkdə məqsədi onlara qarşı mümkün təzyiqlərin kollektiv şəkildə neytrallaşdırılmasını təmin etməkdir.

GunAz.az verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Dağlıq Qarabağdakı “bələdiyyə” seçkisi Abxaziyadakı “prezident seçkisinin ikinci turu” ilə eyni gündə - 8 sentyabrda baş tutub:

“Doğrudur, deyilə bilər ki, Abxaziyada “seçkinin” birinci turu daha tez tarixdə keçirilib. Ancaq Abxaziyada siyasi qüvvələr arasındakı mübarizədən çıxış edərək “ikinci turun” olacağı ehtimalı yüksək idi. “İkinci turun” tarixi isə əvvəlcədən müəyyən edilmişdi. Keçmiş illərdə də separatçı bölgələrdə “seçkilər” eyni günə “təsadüf” edirdi. Bu, müxtəlif mərkəzlərlə müzakirəsi aparılmış və planlaşdırılmış siyasətdir”.

E.Şahinoğlu bu seçkilərin separatçılar üçün niyə vacib olduğu haqqında da danışıb:

“Azərbaycan XİN Dağlıq Qarabağdakı, Gürcüstan XİN isə Abxaziyadakı “seçkini” pisləyən bəyanat yaydı. Ancaq məsələ burasındadır ki, Abxaziyadakı “seçki” Rusiyanın himayəsi altına keçirilir və Tiflisin bəyanatı heç nəyə təsir etmir. Erməni separatçıları da hiyləgər siyasət yürüdərək, eyni tarixdə “seçki” keçirib, bu yolla Azərbaycan XİN-in bəyanatının beynəlxalq aləmdə təsir gücünü azaldırlar. Çünki əgər Rusiya özünə birbaşa bağlı olan separatçı bölgədə keçirilən “seçkini” dəstəkləyirsə, bir başqa separatçı bölgədə keçirilən “seçkini” pisləməyəcək, əksinə, buna açıq reaksiya bildirmədən normal münasibət bəsləyəcək. Erməni separatçıları üçün də əsas olan Rusiyanın davamlı dəstəyidir. Dağlıq Qarabağ separatçıları onlarla Abxaziya separatçıları arasında heç bir fərqin olmadığını ətraf aləmə aşılamağa çalışırlar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ