SON DƏQİQƏ
» » Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə birgə bəyanat yayıblar

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə birgə bəyanat yayıblar

Tarix:

21-06-2019, 10:20

/ 2 024 dəfə oxundu.
Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə birgə bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ilə keçirdikləri görüşlə bağlı birgə bəyanat yayıblar.

GunAz.az xəbər verir ki, bəyanatda həmsədrlərin nazirlərlə əvvəlcə ayrılıqda, sonra isə birgə görüşdükləri bildirilir.

Qeyd olunur ki, onlar ABŞ dövlət katibinin Avropanın və Avrasiya məsələləri üzrə köməkçi səlahiyyətlərinin icraçısı Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların statusu və bölgədəki hazırki vəziyyət barədə məlumatlandırıblar. Bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də bu görüşlərdə iştirak edib.

"Müzakirələr zamanı tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıblar. XİN rəhbərləri vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə ediblər", - deyə bəyanatda bildirilir.

Vasitəçilər bəyanatlarında cəbhə zonasında baş verən insan itkisi ilə bağlı təəssüfləndiklərini bildirərək, tərəfləri təkidlə əsaslı danışıqlar üçün sülhə uyğun əlverişli mühitin bərpasından ötrü təcili tədbirlər görməyə çağırıblar.

Son vaxtlar cəbhədə insan itkisi ilə nəticələnən insidentlərdən təəssüfləndiklərini bildirən həmsədrlər, tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək, həmçinin atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə bağlılıqlarını təsdiq etmək və təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə çağırıblar.

XİN rəhbərləri həmçinin yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ