SON DƏQİQƏ

Benzin 2,5 dəfə bahalaşacaq-YENİ QİYMƏT

Tarix:

1-05-2019, 16:41

/ 333 dəfə oxundu.
Benzin 2,5 dəfə bahalaşacaq-YENİ QİYMƏT

GunAz.az xəbər verir ki, İranda benzinin qiyməti 2,5 dəfə artırılır.
İranda benzinin qiyməti sabahdan hər litr üçün 1000 tüməndən (təqribən 0,08 dollar) 2500 tümənə (təqribən 0,20 dollar) qaldırılacaq.
Bildirilir ki, qiymət artımından sonra İranda hər avtomobilə ayda 60 litr subsidiyalı (1 litr – 1000 tümən) benzin veriləcək.
Qeyd edək ki, İranda əsas məhsulların qiyməti benzinin qiymətindən aslılıdır. Benzinin bahalaşması ilə son aylarda yüksələn qiymətlər daha da qalxacaq.
İran Milli Neft emalı şirkətinin proqnozuna əsasən, ölkədə bu il benzinin istehlak həcmi 10.2% artaraq, gündə 97 milyon litrə çatacaq.
Xatırladaq ki, İranın bəzi xəbər agentlikləri qiymət artımının sabahdan deyil,  gələn həftənin ilk günündən tətbiq olunacağı barədə xəbər yayıb .
скачать dle 12.1

Şərhlər