SON DƏQİQƏ
» » Tovuz və Ağstafada azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı olacaq

Tovuz və Ağstafada azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı olacaq

Tarix:

28-03-2019, 20:51

/ 10 292 dəfə oxundu.
Tovuz və Ağstafada azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı olacaq

“Aqrolizinq” ASC rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlayıb.

Bu barədə GunAz.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib. 

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satışlar martın 29-da Tovuz rayonunun Qaraxanlı kəndində, martın 30-da Ağstafa rayonunun Korxəlfəli kəndində, kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ