SON DƏQİQƏ
» » Vahid Ələkbərov vergilərin yüksək olmasından şikayətləndi

Vahid Ələkbərov vergilərin yüksək olmasından şikayətləndi

Tarix:

28-02-2019, 10:22

/ 10 553 dəfə oxundu.
Vahid Ələkbərov vergilərin yüksək olmasından şikayətləndi

“Hökumətlə razılaşmaya əsasən qiymətlərin dondurulması şəraitində neft məhsullarının satışı şirkətə ziyan vurur”. 

 

GunAz.az “Kommersant”a istinadən xəbər verir ki, bu sözləri “Lukoyl”un prezidenti Vahid Ələkbərov Federasiya Şurasının iclasında deyib. O, bu şərtlərlə yanacağın satışını “sosial öhdəlik” adlandırıb. V.Ələkbərovun fikrincə, bundan başqa, neft emalı sənayesi tətbiq edilən yüksək vergi yükləmələrinə görə aşağı gəlirlilik səviyyəsinə malikdir. Neft şirkətləri gəlirin böyük hissəsini hasilatdan əldə edir. Əgər bu sahəyə əlavə vergi stimulları verilməzsə, Qərbi Sibirdəki istehsal azalmasına görə büdcə 1,5 trilyon rubl itirəcək:

“Bu gün bir litr yanacağın dəyərinin 60%-i müxtəlif vergilərdir, 30%-i isə neft hasilatına, nəqletmə, podratçılar və işçilərin əmək haqlarına sərf edilən xərclərdir”. 

Bu səbəbdən “Lukoyl” rəhbəri neft yataqlarına tətbiq edilən vergilərin azaldılmasını təklif edib:

“Kanadada qazma işlərinin çətinliyini nəzərə alaraq yeni fiskal sistemi hazırlanıb. Sədiyyə Ərəbistanında isə neft sahəsində gəlir vergisi 85%-dən 50%-dək azaldılıb”. 

Qeyd edək ki, yanacağın qiymətinin dondurulması qərarı 2018-ci ilin mayında kəskin qiymət artımı kontekstində qəbul edilib. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ