SON DƏQİQƏ

Azərbaycan nefti bahalaşıb

Tarix:26-01-2019, 09:34 Oxunub:10 084

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 24-də 62,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,1 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,33 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,12 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<