SON DƏQİQƏ

Ödənişlər artır: yanvarın 1-dən... - VİDEO

Tarix:

27-11-2018, 09:32

/ 10 544 dəfə oxundu.
Ödənişlər artır: yanvarın 1-dən... - VİDEO

2019-cu ildən etibarən xidməti müqavilə ilə işləyənlərin vergi və DSMF ödənişləri artacaq.

Real.TV-nin məlumatına görə, bu "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən olacaq.

"Sosial sığorta haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə gəlirin həcmindən asılı olacaq.

Bu şəxslər mənbəyindən tutulmaqla gəlirlərinin 25%-ə qədəri DSMF-ə ödəniş etməli olacaqlar. Yəni 1 yanvar 2019-cu ildən etibarən xidməti müqavilə ilə ayda 600 AZN ödəniş alan şəxsin DSMF ödənişi 150 AZN təşkil edəcək.

Artım vergi ödənişində də müşahidə ediləcək. Vergi Məcəlləsinə edilən və yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə görə, 600 AZN ödəniş alan şəxsin qazancının 75%-i (yəni 450 manatı) güzəşt sayılmaqla qalan 25%-i (yəni 150 manatı) 20%-lə vergiyə cəlb ediləcək. Nəticədə həmin şəxs 30 manat vergi ödəyək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ