SON DƏQİQƏ

Azərbaycanda neft və qaz hasilatı artıb

Tarix:

17-09-2018, 20:39

/ 10 309 dəfə oxundu.
Azərbaycanda neft və qaz hasilatı artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 25,795 mln. ton xam neft hasil edilib.

GunAz.az-ın report-a istinadən verdiyi xəbərə görə, bu həcmin 25 760,6 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin 8 ayında neft hasilatı ötən ilin müvafiq dövründən 0,9% artıq olub.

Hesabat dövründə ölkədə 19 542,4 mln. kubmetr qaz hasil edilib ki, bu həcm ötən ilin müvafiq dövründən 4,6 % çoxdur.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda hasil olunan təbii qazın 12 117,1 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövründən 0,5% çox olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ