SON DƏQİQƏ

Azərbaycanda bir bankda ləğv olunur

Tarix:

30-03-2017, 14:28

/ 3 783 dəfə oxundu.
Azərbaycanda  bir bankda ləğv olunur

"Yaxın vaxtlarda "United Credit Bankı”nın ləğv etmə prosesinə başlanacaq”.

 


 Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bunu jurnalistlərə açıqlamasında deyib.

Palata sədri bildirib ki, "United Credit Bankı”nın ləğv edilməsi ilə bağlı məhkəmə prosesləri icra olunur.
"Həftənin əvvəlində biz məhkəmə qərarını aldıq. Bu proseslər prosessual olaraq uzanırdı. Çünki, bir neçə məhkəmə instansiyasından keçir. Əslinə qalsa, bu məhkəmə sisteminə deyil, məhkəmə prosedurlarına dair olan bir məsələ idi. Hazırda ləğvedici təyin olunmalıdır. Bundan sonra bankda real ləğv etmə prosesinə başlayacağıq. Yəqin ki, gələn həftə biz bu məsələni müzakirə edəcəyik”.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ