SON DƏQİQƏ

"Qalatasaray" 2 futbolçusu ilə vidalaşıb

Tarix:

6-01-2017, 22:18

/ 3 190 dəfə oxundu.
"Qalatasaray" 2 futbolçusu ilə vidalaşıb

"Qalatasaray" daha iki futbolçusu ilə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu Lukas Elias Ontivero və Cem Paul Karacanla vidalaşıb.
Lukas Elias Ontiveronun müqaviləsini qarşılıqlı razılıq əsasında pozan "sarı-qırmızılılar" argentinalı futbolçuya 925 min maaş əvəzinə 550 min avro təzminant ödəyəcək.
"Qalatasaray" bu futbolçunu 201-cü ildə Uruqvayın "Feniks" klubundan 2 milyon avroya almışdı. İstanbul klubunun əsas heyətində debüt etməyən 22 yaşlı futbolçu son olaraq icarə əsasında Kanadanın "Montreal İmpact" klubunda forma geyinib.
Cem Paul Karacanın da müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Ona 900 mi7n avro maaşı əvəzində 240 min təzminant ödəniləcək.
"Qalatasaray" Karacanı 2015-ci ildə İngiltərənin "Ridinq" klubundan transfer etmişdi. "Sarı-qırmızılı" klubda 7 rəsmi oyuna çıxıb 1 qol vuran 27 yaşlı yarımmüdafiəçi cari mövsümün ilk yarısında icarə əsasında "Bursaspor"da oynayıb.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ