SON DƏQİQƏ

Çempionlar Liqası:Gərgin QARŞILAŞMALAR

Tarix:

7-04-2021, 08:24

/ 2 777 dəfə oxundu.
Çempionlar Liqası:Gərgin QARŞILAŞMALAR

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində daha 2 oyun keçiriləcək.

GunAz.az-ın məlumatına görə, gecənin ən maraqlı görüşü Almaniyada turnirin son finalçıları "Bavariya" ilə Fransa PSJ-si arasında olacaq.

Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen təmsilçisində Robert Levandovski, Duqlas Kosta, Mark Roka, Korenten Tolisso zədə, Serj Qnabri isə koronavirusa yoluxduğu üçün meydana çıxa bilməyəcək. Qonaqlarda Leven Kürzava və Mauro İkardi zədəli, Leandro Paredes cəzalıdır. Marko Verratti və Alessandro Florentsidə isə koronavirus aşkarlanıb. Danilonun isə oynayıb-oynamayacağı bilinmir.

Gecənin digər oyunu İspaniyada olacaq. 1/8 finalda İtaliya "Yuventus"unu mübarizədən kənarlaşdıran Portuqaliya "Portu"su pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə İngiltərənin "Çelsi" klubunu "Ramon Sançes Pisxuan" stadionunda qəbul edəcək. Nominal meydan sahiblərinin heyətində Məhəmməd Mbaye zədəli, Serjiu Oliveyra və Mehdi Taremi cəzalı olduqları üçün oynamayacaqlar. London təmsilçisində yeganə itki zədəli Nqolo Kantenin yoxluğudur. Kristian Pulişiçin meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də gerçəkləşəcək.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)

23:00. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda İngiltərə klublarından "Liverpul" İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzub, "Mançester Siti" isə evdə Almaniyanın "Borussiya" (Dortmund) klubuna qalib gəlib - 2:1.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ