SON DƏQİQƏ

"Bavariya"da PSJ ilə oyun öncəsi daha bir itki

Tarix:

6-04-2021, 21:57

/ 1 398 dəfə oxundu.
"Bavariya"da PSJ ilə oyun öncəsi daha bir itki

Almaniya "Bavariya”sı Fransanın PSJ komandası ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu öncəsi daha bir futbolçusunu itirib.

GunAz.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Serj Qnabri koronavirusa yoluxduğu üçün qarşılaşmanı buraxacaq.

 

Karantinə alınan 26 yaşlı oyunçunun durumunun qənaətbəxş olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.

Bundesliqa təmsilçisinin bombardiri Robert Levandovski isə zədə səbəbindən parislilərə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, "Bavariya” – PSJ görüşü aprelin 7-də keçiriləcək.


скачать dle 12.1

Şərhlər