SON DƏQİQƏ
» » “Bavariya”dan DARMADAĞIN, “Çelsi”dən ÇƏTİN QƏLƏBƏ

“Bavariya”dan DARMADAĞIN, “Çelsi”dən ÇƏTİN QƏLƏBƏ

Tarix:

24-02-2021, 08:42

/ 3 565 dəfə oxundu.
“Bavariya”dan DARMADAĞIN, “Çelsi”dən ÇƏTİN QƏLƏBƏ

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Hər iki qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

İspaniya La Liqasının lideri "Atletiko” pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə oynanılan görüşdə İngiltərənin "Çelsi” komandasına 0:1 hesabı ilə uduzub.

 

Yeganə qolu 82-ci dəqiqədə Olivye Jiru vurub.

İtaliya "Latsio”su isə öz meydanında turnirin son qalibi Almaniya "Bavariya”sına 1:4 hesabı ilə məğlub olub. Oyunda hesabı 9-cu dəqiqədə qonaqların hücumçusu Robert Levandovski açıb. 23-cü dəqiqədə Camal Musiala, 42-ci dəqiqədə isə Leroy Sane rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib.

İlk hissə bu hesabla bitib. Münhen təmsilçisi ikinci yarıya da erkən qolla başlayıb. 47-ci dəqiqədə Roma klubunun futbolçuu Françesko Açerbi topu öz qapısından keçirib. İki dəqiqə sonra "Latsio” fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

"Atletiko” (İspaniya) – "Çelsi” (İngiltərə) - 0:1

Qol: Olivye Jiru, 68

"Latsio” (İtaliya) – "Bavariya” (Almaniya) - 1:4

Qollar: Xoakin Korrea, 49 - Robert Levandovski, 9, Camal Musiala, 23, Leroy Sane, 42, Françesko Açerbi, 47 (avtoqol)


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ