SON DƏQİQƏ
» » 21-ci əsrdə ən çox oyun keçirən futbolçu bəlli oldu

21-ci əsrdə ən çox oyun keçirən futbolçu bəlli oldu

Tarix:

22-02-2021, 16:42

/ 5 934 dəfə oxundu.
21-ci əsrdə ən çox oyun keçirən futbolçu bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə ən çox oyun keçirən futbolçuların adlarını açıqlayıb.

Qurumun saytının xəbərinə görə, portuqaliyalı hücumçu Kriştiano Ronaldo 21-ci əsrdə 1000-dən çox oyuna çıxan yeganə futbolçudur. "Yuventus”da çıxış edən Ronaldo 1047 oyunda iştirak edib.

İkinci sırada 974 oyunla "Real”ın sabiq qapıçısı İker Kasilyas, üçüncü yerdə isə hazırda Braziliyanın "San Paulo” klubunda çıxış edən Dani Alveşdir. Sabiq "Barselona”lı 21-ci əsrdə 969 matça çıxıb.

Argentina milli komandasının və "Barselona”nın kapitanı Lionel Messi 21-ci əsrdə 902 oyunda iştirak edib və siyahıda 8-ci yerdədir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ