SON DƏQİQƏ

“Qalatasaray” 3 xalı 6 qolla qazandı

Tarix:

20-01-2021, 23:11

/ 1 452 dəfə oxundu.
“Qalatasaray” 3 xalı 6 qolla qazandı

Türkiyə Super Liqasında XX tur davam edir.

GunAz.az xəbər verir ki, turun ikinci günündə 3 oyun keçirilib.

"Qalatasaray” autsayder "Dənizlispor”u qəbul edib. Darmadağınla qələbə qazanan istanbullular liderlərlə xal fərqini 2-yə endirib.

Liderlər qrupunda yer alan komandalardan ikisi günü məğlubiyyətlə başa vurub. "Hatayspor” öz meydanında "Yeni Malatyaspor”la bacarmayıb.

"Qaziantep” isə Rizədə darmadağın olub. "Rizəspor” üç cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası

XX tur

20 yanvar

"Hatayspor” – "Yeni Malatyaspor” – 1:2

Bupendza, 87 – Yavru, 53, Büyük, 77 (pen.)

"Rizəspor” – "Qaziantep” – 3:0

Şkoda, 42, 56 (pen.), Samu, 88 (pen.)

"Qalatasaray” – "Dənizlispor” – 6:1

Akbaba, 9, Fequli, 17, Donk, 45, Özkal, 60 (avtoqol), Belhanda, 64, Sekidika, 90 – Tuşa, 48


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ