SON DƏQİQƏ

Türkiyədən qələbəyə yetəcək heç-heçə

Tarix:

8-10-2020, 08:42

/ 3 577 dəfə oxundu.
Türkiyədən qələbəyə yetəcək heç-heçə

Bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq görüşləri keçiriblər.

GunAz.az-ın məlumatına görə, 2021-ci ildə Bakıda keçiriləcək Avropa çempionatının A qrupunda mübarizə aparacaq Türkiyə millisi Almaniyanın qonağı olub. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İlk yarıda cəmi bir qol vurulub. 45+1-ci dəqiqədə Yulian Draksler qonaqları hesabda önə çıxarıb. 50-ci dəqiqədə Ozan Tufan hesabda tarazlıq yaradıb. 58-ci dəqiqədə Florian Noyhaus yenidən hesabı Bundestimin xeyrinə dəyişib. Lakin bu dəfə Efecan Karaca 67-ci dəqiqədə bərabərlik qolunu vurub. 81-ci dəqiqədə Canluka Valdşmidtin qoluna isə 90+4-cü dəqiqədə Kenan Karaman cavab verib.

AVRO-2020-də Türkiyənin rəqiblərindən olan İtaliya Moldovanı darmadağın edib - 6:0. Qolları 19-cu dəqiqədə Brayan Kristiante, 23-cü dəqiqədə Françesko Kaputo, 30-cu və 45+1-ci dəqiqələrdə Stefan əl-Şaaravi, 38-ci dəqiqədə Vyaçeslav Posmak (öz qapısına) və 72-ci dəqiqədə Domeniko Berardi vurub.

Günün maraqla gözlənilən qarşılaşmasında Portuqaliya və İspaniya komandaları üz-üzə gəlib. Görüş qolsuz yekunlaşıb.

Son dünya çempionu Fransa isə heyətindəлш bir neçə oyunçuda koronavirus aşkarlanmış Ukraynanı darmadağın edib - 7:1. Qalib komandadan qolları 9-cu dəqiqədə Eduardo Kamavinqa, 24-cü və 34-cü dəqiqələrdə Olivye Jiru, 39-cu dəqiqədə Vitali Mikolenko (öz qapısına), 65-ci dəqiqədə Korentin Tolisso, 82-ci dəqiqədə Kilian Mbappe və 89-cu dəqiqədə Antuan Qrizmann vurub. Ukraynadan isə 53-cü dəqiqədə Viktor Tsıqankov fərqlənib.

Yoldaşlıq görüşləri:

20:00. Kipr - Çexiya - 1:2

20:00. Monteneqro - Latviya - 1:1

20:00. Danimarka - Farer adaları - 4:0

22:15. Lüksemburq - Lixtenşteyn - 1:2

22:30. Avstriya - Yunanıstan - 2:1

22:45. Almaniya - Türkiyə - 3:3

22:45. İtaliya - Moldova - 6:0

22:45. Niderland - Meksika - 0:1

22:45. Polşa - Finlandiya- 5:1

22:45. Portuqaliya - İspaniya - 0:0

22:45. Sloveniya - San Marino - 4:0

22:45. İsveçrə - Xorvatiya - 1:2

23:00. Fransa - Ukrayna - 7:1

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ