SON DƏQİQƏ

Rəşad Sadıqov "Qarabağ"dan rəsmən getdi

Tarix:

15-07-2020, 20:12

/ 4 614 dəfə oxundu.
Rəşad Sadıqov "Qarabağ"dan rəsmən getdi

Ağdamın "Qarabağ” futbol komandasının sabiq kapitanı Rəşad Sadıqov klubdan ayrıldığını açıqlayıb.

Milli komandamızın sabiq üzvü "Instagram”dakı şəxsi hesabında bu barədə paylaşım edib.
Müdafiəçi paylaşımında qeyd edib: "Əziz "Qarabağ” azarkeşləri, "Qarabağ” ailəsi. "Qarabağ”ın formasını 11 il böyük qürur və fəxr hissi ilə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ”dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib uğurlar arzu edirəm”.
Qeyd edək ki, R.Sadıqovun "Zirə” klubunun baş məşqçisi vəzifəsinə təyinat alacağı gözlənilir.

 

AbbasƏLİ
скачать dle 12.1

Şərhlər