SON DƏQİQƏ

Barselonadan darmadağın, MESSİDƏN REKORD

Tarix:

6-07-2020, 08:32

/ 2 960 dəfə oxundu.
Barselonadan darmadağın, MESSİDƏN REKORD

"Barselona" klubu İspaniya La Liqasında növbəti qələbəsini qazanıb. 

GunAz.az-ın məlumatına görə, Kataloniya təmsilçisi XXXIV turda səfərdə "Vilyarreal"ı darmadağın edib - 4:1. Hesabı 3-cü dəqiqədə meydan sahiblərindən Pau Torres açıb. Lakin o, topu öz komandasının qapısına göndərib. 14-cü dəqiqədə Jerar Moreno bərabərlik qolunu vurub. 

20-ci dəqiqədə "Barsa"dan Luis Suares, 45-ci dəqiqədə isə Antuan Qrizmann fərqlənib. Oyunda yekun nöqtəni isə 87-ci dəqiqədə Ansu Fati qoyub. 

Bu matçda Kataloniya təmsilçisinin kapitanı Lionel Messi qol vura bilməyib. Əvəzində o, ikinci və üçüncü topların məhsuldar ötürmələrini verib. Bununla da qol ötürmələrinin sayını 19-a çatdıran 33 yaşlı hücumçu şəxsi rekordunu yeniləyib. Argentinalı forvard həm də 22 qolla La Liqanın bombardiridir. 

Amma 73 xala malik "Barselona" yenə lider "Real Madrid"dən 4 xal geri qalır. "Vilyarreal" isə 54 xalla 5-cidir. 

Mərdan DOLĞUN


скачать dle 12.1

Şərhlər