SON DƏQİQƏ

Sabiq hakimin oğlunun vəzifəsi yüksəldildi

Tarix:

2-07-2020, 21:28

/ 1 426 dəfə oxundu.
Sabiq hakimin oğlunun vəzifəsi yüksəldildi

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və I Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.

GunAz.az xəbər verir ki, bunların arasında sabiq referilərimizdən olan Rövşən Əhmədovun oğlu Rəşad Əhmədov da var. O, yeni mövsümdən Premyer Liqada hakimlik edəcək.

Premyer Liqa, referi: Rəşad Əhmədov

 

Premyer Liqa, referi köməkçisi: Kamran Bayramov

I divizion, referi: Tural Qurbanov

I divizion, referi köməkçiləri: Hidayət Feyzullayev, Tərlan Talıbzadə, Vüsal Məmmədov

Qeyd edək ki, Mingəçevir hakimlik məktəbini təmsil edən Rəşad Əhmədov 2017/2018 mövsümündə – 2018-ci ilin mayın 12-də Premyer Liqada "Keşlə” – "Qarabağ” matçı ilə debut etsə də, daha çox I divizionda hakimlik edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ