SON DƏQİQƏ
» » Rakitic: Messi tarixin ən yaxşı futbolçusudur, Ronaldo isə ən yaxşılardan biridir

Rakitic: Messi tarixin ən yaxşı futbolçusudur, Ronaldo isə ən yaxşılardan biridir

Tarix:

14-02-2020, 10:31

/ 1 401 dəfə oxundu.
Rakitic: Messi tarixin ən yaxşı futbolçusudur, Ronaldo isə ən yaxşılardan biridir

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi İvan Rakitiç Lionel Messi ilə eyni komandada oynamağın çox zövqlü olduğunu bildirib.

GunAz.az Ukrayna mediasına istinadən xəbər verir ki, xorvat argentinalını tarixin ən yaxşı futbolçusu adlandırsa da, Ronaldo ilə də oynamaq istədiyini bildirib.

“Messi ilə oynamaq nədir? Onunla oynamaq insana zövq verir, bu, xüsusi bir şeydir. Bütün dövrlərdə seçilən oyunçular var idi, şübhəsiz ki, son 15 il ərzində o, ən yaxşı futbolçudur. Amma mənim fikrimcə, o, bütün zamanların ən yaxşı oyunçusudur. Son altı ildə sol cinahda onunla çıxış etmək insana ləzzət verir.

Ronaldo ilə oynamaq istərdim? Əlbəttə, istərdim. O da tarixin əsas oyunçularından biridir. Onu izləmək bir zövqdür və indi “Yuventus”da nə etdiyinə baxın. Mənim üçün o, tarixin ən yaxşı oyunçularından biridir”. “Bleacher Report” nəşri Rakitiçindən sitat gətirir.

Daha əvvəl Rakitiç Valverdenin zamanında “Barselona”nı tərk etmək istədiyini söyləmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ