SON DƏQİQƏ

Maradona Bakıya gəlir? - Danışıqlar gedir

Tarix:

13-02-2020, 08:53

/ 3 467 dəfə oxundu.
Maradona Bakıya gəlir? - Danışıqlar gedir

Bakıda keçiriləcək futbol üzrə Avro-2020-nin qrup mərhələsinin görüşlərindən öncə xarici və yerli ulduz futbolçuların iştirakı ilə matç keçiriləcək.

Axar.az xəbər verir ki, ulduz futbolçular arasında keçiriləcək görüşün təfərrüatı da məlum olub.

Bu barədə məlumat yayan Azerisport.com saytı AFFA-nın argentinalı futbol əfsanəsi Dieqo Maradonanın nümayəndəsi ilə danışıqlar apardığını bildirib. Matçın Dənizkənarı bulvarda təşkil edilməsi nəzərdə tutulur.

Yerli futbolçulardan isə yalnız Vəli Qasımovun iştirakı dəqiqləşib. Matçın bu ilin aprelində keçirilməsi planlaşdırılır.

скачать dle 12.1

Şərhlər