SON DƏQİQƏ
» » “Milan”dan türk futbolçu üçün 40 milyon avro

“Milan”dan türk futbolçu üçün 40 milyon avro

Tarix:

9-11-2019, 17:03

/ 1 389 dəfə oxundu.
“Milan”dan türk futbolçu üçün 40 milyon avro

"Milan” Türkiyə millisinin "Yuventus”da forma geyinən futbolçusu Merih Dəmiralı almaq fikrində israrlı görünür.
Transfer pəncərəsinin bağlanmasına az qalmış Merih için 35 milyon avroluq rəsmi təklif edən, ancaq bu təklifi qəbul olunmayan "Milan” yanvarda "Yuventus”a bir daha üz tutmaq fikdirndədir.
Mateo Musaççio, Mattia Kaldara və Leo Duarte ilə müdafiədə problemlər yaşayan, heç cür ideal müdafiə sistemi hazırlaya bilməyən "Milan” Merih Dəmiralın "Yuventus”dan transfer edilməsi üçün bu dəfə 40 milyon avro təklif edəcək.
Giorgio Çyellini və Mattis de Liqtin zədələrinə baxmayaraq, "Yuventus"un baş məşqçisi Mauritsio Sarrinin ilk 11-lik"də üstünlük vermədiyi və Turin təmsilçisi ilə cəmi bir oyuna çıxan Merihin də müntəzəm oynaya bilmək üçün "Milan”dan gələn təklifə isti yanaşdığı deyilir, ancaq "Yuve” prezidenti Aqnellinin "Merihi satmaq istəməməsi” transfer üçün ən böyük maneə olaraq göstərilir.
GunAz.az
N.SAFURA
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ