SON DƏQİQƏ

Futbol tarixində ilk qadın prezident

Tarix:

29-10-2019, 15:33

/ 1 114 dəfə oxundu.
Futbol tarixində ilk qadın prezident

"Çaykur Rizəspor"un futbolçusu Nikolay Morozyukun həyat yoldaşı İrina Morozyuk klub prezidenti kimi fəaliyyət göstərəcək. Xanım Morozyuk Lvovun həvəskar komandası olan "Lion"a rəhbərlik edəcək.

Bununla o, Ukrayna futbol tarixinin ilk qadın prezidenti olub. Ukrayna millisinin üzvü həyat yoldaşını sosial şəbəkə vasitəsilə təbrik edib. Klub isə instaqram səhifəsi vasitəsilə bu təyinatın onlara uğur qazandıracağını yazıb: "Belə prezidentlə 2-3-cü olmağa haqqımız yoxdu".

Qeyd edək ki, Nikolay Morozyuk "Çaykur Rizəspor"a bu il Kiyev "Dinamo"sundan keçib.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ