SON DƏQİQƏ

"Neftçi" səfərdə "Qəbələ"yə QARŞI

Tarix:

28-09-2019, 08:54

/ 1 261 dəfə oxundu.
"Neftçi" səfərdə "Qəbələ"yə QARŞI

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçiriləcək.

GunAz.az-ın məlumatına görə, turun ikinci matçı paytaxtdan kənarda olacaq. Qəbələ şəhər stadionunda eyniadlı komanda "Nefçi"ni qəbul edəcək. 5 turdan sonra əyalət təmsilçisi 4 xalla 7-ci, paytaxt klubu isə 5 xalla beşinci pillədə qərarlaşıb.

Bu, komandaların çempionatda 45-ci matçı olacaq. 44 qarşılaşmanın 19-da "ağ-qaralar", 16-da isə "qırmızı-qaralar" qələbəyə seviniblər. Topların nisbətində "Neftçi"nin minimal hesablı üsrünlüyü var - 58:57. Komandalar arasındakı son 4 çempionat matçında hər iki tərəf qol vurub. "Neftçi" rəqibinə qarşı ardıcıl 9 oyunda meydanı qolsuz tərk etməyib.

"Neftçi" yay transfer dövründə "Qəbələ"nin 3 futbolçusunu heyətinə qatıb. Bunlar Voislav Stankoviç, Stiven Monroz və Rauf Əliyevdir. 2018/2019 mövsümü ərəfəsində isə Baqali Dabo transfer edilib. 

28 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura sentyabrın 28-də keçiriləcək "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" matçları ilə yekun vurulacaq. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ