SON DƏQİQƏ

Mahir Əmrəlinin evini qarət edənlər tutuldu

Tarix:18-09-2019, 09:48 Oxunub:1 752

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Əmrəlinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Report-un əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub.

Faktla bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma davam etdirilir.

Faktı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Qeyd edək ki, M.Əmrəlinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<