SON DƏQİQƏ

Alman futbolçuları ildırım vurdu

Tarix:

10-08-2019, 23:53

/ 933 dəfə oxundu.
Alman futbolçuları ildırım vurdu

Alman şəhəri Rozenfeld-Hayligensimmerndə yerləşən idman meydançasının yaxınlığında 15 futbolçunu ildırım vurub.

İldırım vurması nəticəsində xəsarət alan idmançılar 19-48 yaşlarında olublar.

Şahidlərin sözlərinə görə, hadisə məşq zamanı baş verib. Futbolçulardan biri hətta huşunu itirib.

Xəsarət alan idmançılar xəstəxanaya yerləşdiriliblər.

Kəskin hava şəraitinə görə “Zandhauzen” və “Borussiya Menhenqladbax” klubları arasında keçiriləcək oyun da təxirə salınıb.

Güclü tufan həmçinin stadionun projektorlarını da sıradan çıxarıb. Təşkilatçılar azarkeşlərdən təhlükəsiz yerlərə çəkilməyi xahiş ediblər.

скачать dle 12.1

Şərhlər