Messinin qolu ən yaxşı seçildi - VİDEO

UEFA 2018-19 mövsümünün ən yaxşı qolunu açıqlayıb.

GunAz.az xəbər verir ki, qitə futbol qurumunun azarkeşlər arasında apardığı sorğunun qalibi "Barselona”nın kapitanı Lionel Messi olub.

Argentinalı superulduzun Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul”un qapısından keçirdiyi top ən çox səs toplayıb.

Qeyd edək ki, ötən mövsümün ən yaxşı qoluna 10 namizəd var idi.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]