SON DƏQİQƏ
» » Qadın güləşçilərimiz Avropa çempionatında 1 qızıl, 3 bürünc medal qazandı - YENİLƏNİB

Qadın güləşçilərimiz Avropa çempionatında 1 qızıl, 3 bürünc medal qazandı - YENİLƏNİB

Tarix:

12-04-2019, 22:52

/ 10 303 dəfə oxundu.
Qadın güləşçilərimiz Avropa çempionatında 1 qızıl, 3 bürünc medal qazandı - YENİLƏNİB

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

GunAz.az-ın məlumatına görə, bu gün daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib. Azərbaycan təmsilçiləri 1 qızıl və 2 bürünc medal uğrunda mübarizə aparıblar.

65 kq çəki dərəcəsində yer alan Elis Manolova finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. Görüşün gedişində Manolova 0:4 hesabı ilə geri düşsə də, əzmkarlıq göstərərək, qarşılaşmanı qələbə ilə başa vurub - 6:4. Bununla da Manolova Azərbaycanın qadın güləşində ilk qızıl medalına sahib olub.

Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) və isə bürünc medala sahib olublar. Həlledici görüşdə Kolesnik bolqarıstanlı Mimi Nikolova Xristovanı 10:2, Omelçenko ukraynalı İlona Prokopevnyuku 6:4 hesabı ilə yenib. Daha bir bürünc medalı isə ötən gün Elmira Qəmbərova (59 kq) qazanıb. Beləliklə, Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 1 qızıl, 3 bürünc medalla başa vurublar.

20:36

Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

57 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda dueldə Bolqarıstan təmsilçisi Nikolova Xristovaya şans verməyib.

Azərbaycanın digər qadın güləşçisi Tatyana Omelçenko (62 kq) "bürünc" üçün ukraynalı İlona Prokopevnyuku sınağa çəkəcək. Elis Manolova (65 kq) isə finalda Rumıniya idmançısı Krista İnçenin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Elmira Qəmbərova (59 kq) bürünc medal qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ