SON DƏQİQƏ

“Qızıl Top”un sahibi bu gün məlum olacaq

Tarix:

3-12-2018, 17:57

/ 10 432 dəfə oxundu.
“Qızıl Top”un sahibi bu gün məlum olacaq

Fransanın “France Football” dərgisinin ilin yekunlarına əsasən müəyyən etdiyi dünyanın ən yaxşı futbolçusu bu gün Parisdə təşkil olunacaq təntənəli mərasimdə “Qızıl Top” mükafatını alacaq.GunAz.az-ın TASS-a istinadən verdiyi məlumata görə, mükafata əsas namizəd Xorvatiya yığmasının və “Real” komandasının yarımmüdafiəçisi Luka Modriçdir. 

 Xatırladaq ki, Luka Modriç artıq bu il Beynəlxalq Futbol Federasiyası olan FİFA-nın “Dünyanın ən yaxşı oyunçusu” titulunu qazanıb.

“Qızıl Top” “France Football” həftəlik dərgisinin baş redaktoru olan Qabriel Anonun təşkil etdiyi illik mükafatdır. 

Mükafatı 1956-cı ildən bütün futbol yazarlarının fikrinə əsasən ən yaxşı oyunçuya təqdim olunur.

Əvvəlcə qaliblər ancaq Avropa klublarında oynayan avropalı futbolçular arasından seçilirdisə, 1995-ci ildən “Qızıl Top” Avropa qitəsində çıxış edən istənilən milliyyəti olan futbolçulara verilir.

Mükafatın ilk qalibi 1956-cı ildə ingiltərəli hücumçu Stenli Metyuz olub. Fransalı Mişel Platini (1983-1985), hollandiyalı Yohan Kroyf (1971, 1973, 1974) və onun həmyerlisi Marko van Basten isə hərəyə üç dəfə qalib olublar.

Mükafatların sayına görə liderlər hərəyə beş dəfə bu mükafatı qazanan Lionel Messi və Kriştianu Ronaldudur. 

2008-ci ildən etibarən bu mükafat yalnız bu iki oyunçu arasında oynanılır: ilk olaraq 2008-ci ildə portuqaliyalı onu qazanıb, sonra argentinalı ardıcıl dörd il (2009-2012) qalib olub. 2013-2017-ci illər ərzində isə Ronaldu dörd dəfə mötəbər titula sahib olub və yalnız 2015-ci ildə bu ad uğrunda mübarizədə Messiyə məğlub olub.

Bununla əlaqədar olaraq, son illər səsvermə üsulları ciddi narazılıqlara səbəb olub. Hətta hər iki oyunçunun güclü reklam və piar sayəsində bu titulu layiq olmadan qazandıqları belə müzakirə olunub. 

İdman nəticələrinə gəldikdə isə, son dörd il ərzində çempionlar Liqasının qalibləri ancaq Messinin “Barselona”sı və Ronaldunun “Real”ı olub. Yığma komandalar miqyasında isə Messi ancaq Dünya çempionatının gümüş mükafatını qazanıb, Ronaldu isə Avropa çempionatı 2016-nın qalibi olub.

Messi və Ronaldonu Modriç əvəzləyəcək

Ancaq bu il çox güman ki, L.Messi və K.Ronaldunun hegemoniyasına son qoyulacaq. Bunu deməyə L.Modriçin K.Ronaldunu geridə qoyaraq FİFA-nın ilin ən yaxşı oyunçusu adını qazanması dəlil verir. 

O, Xorvatiya yığmasını bu yay dünya çempionatının gümüş medallarına daşıyıb və həmçinin, turnirin ən yaxşı oyunçusu kimi “Qızıl Top”a layiq görülüb. Bu il yarımmüdafiəçi həmçinin karyerasında dördüncü dəfə Çempionlar Liqasının da qalibi olub.

FİFA-nın bayrağı altında ən yaxşı oyunçu üç futbolçu arasından seçilirsə, “Qızıl Top”un sahibi oktyabr ayının əvvəlində açıqlanan 30 futbolçudan ibarət siyahıdan seçilir. 

Siyahıda L.Modriç, K.Ronaldu, L.Messinin adları da var, lakin sonuncu futbol yazarları arasında favorit hesab edilmir. L.Modriçdən başqa bir çox Avropa idman KİV-lərinin rəyinə əsasən qələbəyə namizədlər həmçinin Dünya çempionu Antuan Qrizman, Rafael Varan və Rusiyadakı turnirin ən yaxşı gənc oyunçusu olan Kilian Mbappedir. Doğrudur, ispan mətbuatı artıq L.Modriçin qalib olacağını yazıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ