SON DƏQİQƏ
» » Dünya çempionatında rəqiblərimiz müəyyənləşdi

Dünya çempionatında rəqiblərimiz müəyyənləşdi

Tarix:

20-10-2018, 09:20

/ 10 292 dəfə oxundu.
Dünya çempionatında rəqiblərimiz müəyyənləşdi

Dünən yarışın keçiriləcəyi "Laslo Papp" İdman Sarayında bu gün 4 kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, 61, 74, 86 və 125 kq-da çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib. Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək.

61 kq
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (Kanada)

74 kq
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İsrail)

86 kq
1/16 final - Murad Süleymanov - Quma Bəşir (Sudan)

125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (Almaniya)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ