SON DƏQİQƏ

Olimpiada-2026: Namizəd şəhərlər məlum oldu

Tarix:

10-10-2018, 09:33

/ 10 392 dəfə oxundu.
Olimpiada-2026: Namizəd şəhərlər məlum oldu

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil edilmiş sessiyasında 2026-cı ildə Qış Olimpiya Oyunlarını keçirməyə namizəd şəhərlərin adları açıqlanıb.

GunAz.az xəbər verir ki, Kanadanın Kalqari, İsveçin Stokholm, İtaliyanın Milan və Kortina-d'Ampetstso şəhərlərinin namizədliyi təsdiqlənib.

Türkiyənin Ərzurum şəhərinin namizədliyi isə BOK tərəfindən qəbul olunmayıb.

Ağ olimpiadaya ev sahibliyi edəcək şəhərin adı 2019-cu ildə müəyyənləşəcək. Qeyd edək ki, Stokholm Olimpiya Oyunlarına 1912-ci, Kortina-d'Ampetstso 1956-cı, Kalqari isə 1988-ci ildə ev sahibliyi edib.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ