SON DƏQİQƏ

UEFA açıqladı: Qurban Qurbanov birincidir

Tarix:

24-08-2017, 13:49

/ 2 830 dəfə oxundu.
UEFA açıqladı: Qurban Qurbanov birincidir

Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısı açıqlanıb.
UEFA-nın açıqladığı siyahıda "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov birincidir. Təcrübəli çalışdırıcı artıq 9 ildir ki, ağdamlılara rəhbərlik edir. 2011-ci ildən Madrid "Atletiko”sunda çalışan Dieoqo Simeone isə ikincidir. "Tottenhem”in baş məşqçisi Maurisio Poçettino isə üçüncü sırada yer alıb. O, 2014-cü ildən London klubunun "sükanı arxası”ndadır.
"Monako”nun çalışdırıcısı Leonardo dördüncü , "Yuventus”un baş məşqçisi Massimiliano Alleqri isə beşincidir (16 iyul, 2014-cü il). 2015-ci ilin iyunundan "Napoli”ni çalışdıran Maurisio Sarri isə altıncı pillədə qərarlaşıb.
GUNAZ.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ