SON DƏQİQƏ

İslamiada: Azərbaycan qadın güləşçisi qızıl medal qazanıb

Tarix:21-05-2017, 13:04 Oxunub:2 610

Qadın güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
53 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Leyla Qurbanova ilk görüşdə Türkiyə təmsilçisi Burcu Kevicini tam üstünlüklə məğlub edib.
İkinci oyunda qazaxıstanlı Aygül Nuralimi 6:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qadın güləşçilərimizin İslamiadada ilk qızıl medalına sahib olub.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<