SON DƏQİQƏ
» » İslamiada: Azərbaycan medal əyarında Türkiyəni keçib - İCMAL - CƏDVƏL

İslamiada: Azərbaycan medal əyarında Türkiyəni keçib - İCMAL - CƏDVƏL

Tarix:

19-05-2017, 22:09

/ 4 131 dəfə oxundu.
İslamiada: Azərbaycan medal əyarında Türkiyəni keçib - İCMAL - CƏDVƏL

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 4 növ üzrə medallar sahiblərini tapıb.  Azərbaycan idmançıları bütün növlərdə mükafatçılar sırasına düşməyi bacarıblar.
Onlar ümumilikdə 8 medal qazanıblar ki, bunların da yarısı qızıl olub. Ən yüksək əyarlı medallara sərbəst güləşçilərdən Mahir Əmiraslanovla (57 kq) Nurməhəmməd Hacıyev (97 kq), 10 metrlik platformadan suya tullanma yarışında Olqa Bıkovskaya və para-atletikanın 200 metr məsafəyə qaçış yarışında Yelena Çebanu yiyələnib.
Gümüş medalları sərbəst güləşçi Məhəmməd Müslümov (65 kq) və stolüstü tennisçi Jinq Ninq əldə edib.
Bürünc medallara isə stolüstü tennisçi Miao Vanq və 3 metrlik tramplindən sinxron üsulla tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti sahib çıxıb.
Bu nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 124-ə yüksəlib. Medallardan 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdür. Beləliklə, Azərbaycan medal əyarında Türkiyəni geridə qoyub. "Ay-ulduzlular"ın 61 qızıl, 56 gümüş və 45 bürünc olmaqla, ümumilikdə 162 medalı var.

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Azərbaycan

63

35

26

124

2

Türkiyə

61

56

45

162

3

İran

20

24

30

74

4

Özbəkistan

14

15

28

57

5

Bəhreyn

9

4

3

16

6

Əlcəzair

7

12

17

36

7

İndoneziya

6

28

20

54

8

Misir

6

4

7

17

9

Mərakeş

6

3

12

21

10

Qırğızıstan

3

3

7

13

11

İordaniya

3

1

11

15

12

Səudiyyə Ərəbistanı

3

0

6

9

13

Türkmənistan

2

4

6

12

14

İraq

2

4

3

9

15

Qazaxıstan

2

3

9

14

16-17

Suriya

2

2

6

10

 

Qətər

2

2

6

10

18

Kamerun

1

2

5

8

19

Tunis

1

1

8

10

20

Seneqal

1

1

1

3

21-22

Banqladeş

1

1

0

2

 

Qambiya

1

1

0

2

23-25

Benin

1

0

1

2

 

Qvineya-Bisau

1

0

1

2

 

Mozambik

1

0

1

2

26

Pakistan

0

2

4

6

27

Oman

0

2

3

5

28

Nigeriya

0

2

1

3

29-31

Qayana

0

1

2

3

 

Surinam

0

1

2

3

 

Birləşmiş Ərəb Əmirliyi

0

1

2

3

32

Cibuti

0

1

1

2

33

Uqanda

0

1

0

1

34

Fil Dişi Sahili

0

0

4

4

35-36

Livan

0

0

1

1

 

Malayziya

0

0

1

1

 

Cəmi

219

217

280

716

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ