SON DƏQİQƏ
» » Azərbaycan idmançılarına medalları Prezident İlham Əliyev təqdim edib - VİDEO

Azərbaycan idmançılarına medalları Prezident İlham Əliyev təqdim edib - VİDEO

Tarix:

15-05-2017, 21:05

/ 3 781 dəfə oxundu.
Azərbaycan idmançılarına medalları Prezident İlham Əliyev təqdim edib - VİDEO

İslam Həmrəyliyi Oyunlarında bü gün də Azərbaycan idmaçıları üçün uğurlu keçib.

Xezerxeber.az-ın məlumatına görə, kişilərdən ibarət cüdo üzrə yığma komandamız finalda Əlcəzair yığmasını məğlub edərək qızıl medal qazanıb. Millimizin üzvlərinə qızıl medalları prezident İlham Əliyev təqdim edib. Qadınlardan ibarət Azərbaycan millisi isə finala qədər yüksəlsə də, Türkiyə millisinə məğlub olaraq gümüş medal qazanıb. Gimnastlar isə bu gün ümumilikdə 9 medal qazanıblar.

Murad Ağarzayev, Talas Bense, Yuliya İnşına qızıl medal, Marina Nekrasova, Yekaterina Tişkova gümüş, Timur Bayramov isə bürünc medal qazanıb. Ağır atletika yarışlarında 69 kiloqram çəki dərəcəsində Anastasiya İbrahimli qızıl medal qazanıb. Çəkisi 63 kq olan qadınlar arasında Elnarə Abbasova bürünc medal əldə edib. Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalını qazanıb. Atıcılıq yarışlarında bu gün növbəti qızıl medalı isə Əli Hüseynli və Aydan Camalova əldə ediblər.

Azərbaycan yığmasının atıcısı Nurlana Cəfərova dairəvi stend yarışında gümüş mükafata yiyələnib. Üzgüçülük üzrə Azərbaycan millisi daha bir medal qazanıb. Yarışda çıxış edən Maksim Şemberev ikinci qızıl mükafatını əldə edib. Ümumilikdə bu gün keçirilən yarışlarda Azərbaycanın aktivinə 67 medal yazılıb. Bunlardan 32-si qızıl, 23-ü gümüş, 12-i isə bürünc medaldır. Ölkəmiz medalların sayına görə ikinci yerdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ