SON DƏQİQƏ

İsrail gimnastı Bakıda Dünya Kubokunda birinci oldu

Tarix:30-04-2017, 14:24 Oxunub:3 845

İsrail idmançısı Viktoriya Vaynberq-Filanovski Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb.
O, gürzlərlə hərəkətlər üzrə finalda hakimlərdən 17.300 bal alıb.
Gümüş medala rusiyalı gimnast Aleksandrova Soldatova (17.200 bal), bürünc medala isə digər Rusiya idmançısı Arina Averina (17.150 bal) sahib olub.
Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər. /trend
 

GUNAZ.az

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<